Yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər regionlarda icra hakimiyyətləri və bələdiyyələrin iştirakı ilə mütəmadi olaraq həyata keçirilir.
×
Yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər regionlarda icra hakimiyyətləri və bələdiyyələrin iştirakı ilə mütəmadi olaraq həyata keçirilir. “Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi altında keçirilən tədbirin əsas məqsədi geniş əhali kütləsinin, buradakı sakinlər də daxil olmaqla, ümumiyyətlə, vətəndaşları yanğın təhlükəsizliyi problemlərinin həllində yaxından iştirakına sövq etməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov söyləyib.
O qeyd edib ki, respublika ərazisində kifayət qədər belə riskli ərazilər mövcuddur: "Həmin ərazilərdə yaşayan vətəndaşlar təəssüflər olsun ki, bizi təhlükəli faktorlarla üzləşməyə vadar edirlər. Onlar tikinti və məişət tullantılarını riskli ərazilərə atmaqdan çəkinməlidirlər.
Aqşin Kazımov deyib: “Bugünkü tədbirdə iştirak edən aidiyyəti dövlət qurumları əraziyə öz texnikalarını, işçilərini səfərbər ediblər. Tədbir müddətində orta təzyiqli və digər qaz xətlərinin mühafizə zonalarında təmizləmə işlər aparılır. Həmçinin burada beşdən artıq mancanaqların ətrafındakı qamışlıq ərazilərdə də təmizləmə işləri görülür".