Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Pərviz Şahbazov: Böyük Britaniya indiyədək Azərbaycana 30 milyard dollardan çox investisiya yatırıb

ID:

20.05.2021 17:45 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Tofiq Babayev

2019-cu ildə Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 34 faiz artaraq 704,6 milyon ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonra keçirilən mətbuat konfransında deyib.