Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Paytaxtın Əliyar Əliyev küçəsi yenidən qurulub

ID:

05.09.2020 11:15 / İQTİSADİYYAT

Nərimanov rayonunun Əliyar Əliyev küçəsi əsaslı şəkildə yenidən qurulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində paytaxtın Nərimanov rayonunun yol infrastrukturu baxımından ən işlək küçələrindən biri olan Əliyar Əliyev küçəsi müasir şəkildə yenidən qurulub.