Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Paytaxtda ağacların inventarlaşdırılması işləri davam etdirilir

ID:

07.07.2023 16:20 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Paytaxtın bəzi ərazilərində müxtəlif ağacların inventarlaşdırılması işləri müvafiq qaydada davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi “Ekologiyanın mühafizəsi” mövzusunda mətbuat konfransında çıxışı zamanı deyib.