Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2024-cü ilin dövlət büdcəsi müzakirə olunub

ID:

02.11.2023 21:30 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Noyabrın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin (birinci oxunuş) daxil olduğunu deyib.