Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Parlamentin İnsan hüquqları komitəsinin iclasında 3 məsələ müzakirə olunub

ID:

23.01.2025 15:05 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Zahid Oruc iclasın gündəliyinə komitənin payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsinin ikinci oxunuşda daxil edildiyini deyib.