Sentyabrın 25-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
×
Sentyabrın 25-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gündəliyin birinci məsələsi olan 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində İnsan hüquqları komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə Milli Məclisin İnsan hüquqları komitəsinin 7 iclası keçirilib, həmin iclaslarda 10 məsələ müzakirə olunub.
Komitə sədri baxılan məsələlər haqqında fikirlərini söyləyib, qəbul olunan qanun layihələrinin əhəmiyyətindən söz açıb, hesabat dövründə müxtəlif dövlət qurumları, ictimai və beynəlxalq təşkilatlarla birgə keçirilmiş konfranslardan, görüşlərdən və digər tədbirlərdən bəhs edib. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə daxil olan müraciətlər komitədə araşdırılıb və müvafiq tədbirlər görülüb. Həmçinin komitə sədri və üzvləri vətəndaşlarla və seçicilərlə görüşlər keçiriblər, onların qayğıları ilə maraqlanıblar.
Zahid Oruc gündəliyin ikinci məsələsi - İnsan hüquqları komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının layihəsi ilə bağlı bildirib ki, komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması ilə yanaşı, sənəddə insan hüquqları sahəsinin aktual məsələləri ilə bağlı müvafiq qurumlarla görüşlərin, müzakirələrin, dinləmələrin keçirilməsi nəzərdə tutulub.
Sonra çıxış edən komitə üzvləri torpaqlarımızın işğaldan azad olunmasında canlarından keçmiş şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyib, Azərbaycanın lokal antiterror tədbirlərinin nəticələrini yüksək qiymətləndirib, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.
İclasda komitənin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ilə bağlı hesabatı qənaətbəxş hesab olunub, 2023-cü il payız sessiyası üçün iş planı təsdiq edilib.