Sentyabrın 22-də Milli Məclisin Gənclər və idman komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Şahin İsmayılov gündəliyə iki məsələnin daxil edildiyini bildirib.
×

İlk növbədə, komitə sədri gündəliyin birinci məsələsi olan 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Gənclər və idman komitəsinin fəaliyyəti barədə məlumat verib.
Daha sonra Şahin İsmayılov gündəliyin ikinci məsələsi – Gənclər və idman komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, iş planı layihəsində qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, gənclər və idman sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi və geniş müzakirələrin təşkili nəzərdə tutulur.
Beləlikə, ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.