Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

ID:

16.01.2026 15:50 / CƏMİYYƏT

Foto : AZƏRTAC /Aydın Məmmədov

Yanvarın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hicran Hüseynova, əvvəlcə regionda və dünyada baş verən ictimai-siyasi proseslərdən, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın mənafeyi naminə dövlətimizin maraqlarının qorunması, regionda sülhün bərqərar olması istiqamətində görülən məqsədyönlü işlərdən danışıb.