Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Parlamentdə hərbi qulluqçularla bağlı bir sıra qanunlara dəyişikliklər müzakirə olunub

ID:

29.11.2023 17:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Noyabrın 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Musa Quliyev gündəliyə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsinin daxil edildiyini deyib.