Portuqaliyanın əmək bazarının dinamikasını pozmaq və gənclər arasında işsizliyin səviyyəsini 25 faizdən yuxarı qaldırmaq üçün COVID-19 pandemiyasına 3 ay tələb olunurdu.
×
Portuqaliyanın əmək bazarının dinamikasını pozmaq və gənclər arasında işsizliyin səviyyəsini 25 faizdən yuxarı qaldırmaq üçün COVID-19 pandemiyasına 3 ay tələb olunurdu.
AZƏRTAC xəbər verir ki, ekspertlər bu artımı zamanın geriyə çəkilməsinə bənzədirlər. Kiçik investisiya və aşağı gözləntilərin mövcudluğu ilə ən azı gələn ilin baharınadək bərpaya ümid bəslənilmir.
Portuqaliya Milli Statistika İnstitutunun məlumatına görə, iyunda 81200 gənc fəal şəkildə iş axtarmalarına baxmayaraq işsiz qalıblar. Praktikada bu o deməkdir ki, ölkədə hər dörd gəncdən biri (15 yaşdan 24 yaşadək) işləmir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon