Özbəkistanın müstəqilliyinin 29-cu ildönümü münasibətilə Daşkənddəki “Quksaray” kompleksində bayram tədbiri keçirilib.
×
Özbəkistanın müstəqilliyinin 29-cu ildönümü münasibətilə Daşkənddəki “Quksaray” kompleksində bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, hökumətin, Ali Məclisin və Senatın üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Prezident Şavkat Mirziyoyev tədbirdə çıxış edərək bayram münasibətilə təbriklərini çatdırıb.
Müstəqillik illərində qazanılan uğurlardan danışan Şavkat Mirziyoyev deyib ki, bu il qarşıda duran əsas vəzifələr pandemiya dövründə əhalinin sağlamlığını qorumaq və iqtisadiyyatı tam bərpa etmək, insanlara iş şəraiti yaratmaqdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd