Son günlər Özbəkistanda COVID-19-a yoluxma halı kəskin şəkildə artıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada ölkədə 689 yoluxma qeydə alınıb.
×
Son günlər Özbəkistanda COVID-19-a yoluxma halı kəskin şəkildə artıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada ölkədə 689 yoluxma qeydə alınıb. Pandemiya dövründə belə xəstələrin sayı 13 min 872-yə çatıb.
Hazırda xəstəxanada olan 5778 nəfərdən 53-nün vəziyyəti ağırdır.
Xatırladırıq ki, ölkədə virusa yoluxma halı və ölənlərin sayının artması ilə əlaqədar iyulun 10-dan avqustun 1-dək karantin rejimi yenidən gücləndirilib, bir sıra məhdudiyyətlər qoyulub, yaşı 65-dən yuxarı olanlar özünütəcrid rejiminə keçirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd