Özbəkistanda koronavirusa yoluxanların sayı 31 minə çatıb
ID:
10.08.2020 12:20 / DÜNYA
Son sutkada Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 623 nəfər artıb və 30 min 820 nəfərə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada ölkədə bu virusdan 6 nəfər vəfat edib və bu səbəbdən ölənlərin sayı hazırda 194 nəfərdir.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.