Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirməsinin nəticələrinə əsasən "Azərişıq" ASC hüquqi şəxslər arasında birinci yerdə qərarlaşıb.
×
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirməsinin nəticələrinə əsasən "Azərişıq" ASC hüquqi şəxslər arasında birinci yerdə qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Vaqif Mustafayev qeyd edib ki, 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət qiymətləndirilmənin nəticəsində "Azərişıq" ASC birinci yerə layiq görülüb.
Qeyd edək ki, fevralın 20-də “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib. Tədbirdə “ASAN xidmət”in, “Azərişıq” ASC-nin və müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri iştirak ediblər. Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə sistemləşdirilməsi, xidmətdən yararlanma və xidmət üçün ödəniş imkanlarının inkişaf etdirilməsi, şəffaflığın təmin olunması, şikayət mexanizmlərinin inkişaf etdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin ölçülməsi və ən əsas da elektronlaşdırılma ilə bağlı prosesin sürətləndirilməsi yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır. Bu məqsədlə 2023-cü ildə agentlik tərəfindən 23 mərkəzi icra hakimiyyəti orqanının 208 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 170 xidməti və 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət qiymətləndirilib.