Ailə, qadın və uşaq məsələləri istiqamətində normativ-hüquqi bazanın gücləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə komitə tərəfindən 6 sənəd layihəsi hazırlanıb, 5 sənəd layihəsinə rəy və təklif verilib.
×
Ailə, qadın və uşaq məsələləri istiqamətində normativ-hüquqi bazanın gücləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə komitə tərəfindən 6 sənəd layihəsi hazırlanıb, 5 sənəd layihəsinə rəy və təklif verilib. Həmçinin ötən il ərzində 6 müxtəlif mövzuda araşdırma və təhlil aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova komitənin 2023-cü il fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə məlumat verib.
Komitə sədri qeyd edib ki, ailə məsələləri istiqamətində 10 min 379 nəfərin iştirakı ilə 66 təlim, seminar və icma görüşü keçirilib və 7 sosial layihə icra edilib.
B.Muradova Türkiyə ilə Azərbaycan arasında imzalanmış Fəaliyyət Planına uyğun olaraq, qardaş ölkədən dəvət olunmuş hekayəçilərin iştirakı ilə 5000-ə yaxın valideyn və uşaq auditoriyasını əhatə edən nağıl günləri təşkil edildiyini də diqqətə çatdırıb.