Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb

ID:

22.09.2020 08:45 / MƏDƏNİYYƏT

Norveçin paytaxtı Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, Osloda yaşayan həmyerlilərimiz üçün ilkin olaraq Azərbaycan dili dərsləri ilə fəaliyyətə başlayan məktəb, Norveçdəki Azərbaycan icması tərəfindən böyük dəstək və sevinclə qarşılanıb.