Cari ilin 11 ayı ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrində 40 milyon 277 min 4 xidmət göstərilib.
×
Cari ilin 11 ayı ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrində 40 milyon 277 min 4 xidmət göstərilib. Bunun 33 milyon 888 min 773-ü ambulator, 6 milyon 388 min 231-i isə stasionar tibbi xidmətin payına düşüb.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB – Tibdə müasir keyfiyyət mərhələsi: Real perspektivlər, gələcəyə baxış” hesabat konfransında deyib.
V.Qurbanov bildirib ki, həkimə gəlişlərin sayı 7 milyon 214 min 551 təşkil edib. On bir ay ərzində tabeli tibb müəssisələrində 292 min 320 əməliyyat icra olunub. Laborator xidmətlərin sayı 8 milyon 522 minə bərabər olub. Cari il ərzində TƏBİB-in tibb müəssisələrinə 12 min 440 tibb işçisi işə qəbul olunub.