Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ombudsman: Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir

ID:

07.03.2023 12:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

İmtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının növlərinin və əvəzedicilərinin sayının artırılması, ehtiyacı olan insanların, xüsusilə aztəminatlı şəxslərin dərman vasitələrinin qiymətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tədbirlərin görülməsi zəruridir.