Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ombudsman Aparatının yubileyinə həsr olunmuş konfransın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

ID:

19.10.2022 10:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Bakı Beynəlxalq Konfransının iştirakçıları oktyabrın 19-da Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.