Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ölkəmizdəki xarici diplomatlar və beynəlxalq təşkilatların rəhbərləri Ulu Öndərin yubileyi ilə əlaqədar ağac əkiblər

ID:

29.04.2023 16:20 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Mehriban Kərimova

Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Xarici İşlər Nazirliyi(XİN) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakının Müşfiqabad qəsəbəsində “Heydər Əliyev 100 - Yaşıl Gələcək” adlı ağacəkmə aksiyası təşkil olunub.