Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ölkəmizdə mədəni sənayelərə fiziki məhdudiyyətli insanların cəlb olunması diqqət mərkəzindədir

ID:

16.03.2021 13:00 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Martın 15-də Milli Xalça Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi və “British Council”ın (Britaniya Şurası) birgə təşkilatçılığı ilə “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninqin iştirakçılarına sertifikatların və “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan xalçaların təqdimat mərasimi keçirilib.