Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb

ID:

24.11.2022 12:55 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Ölkədaxili kart əməliyyatlarının nağdsız hissəsi 42 faizi ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, bu, bir ildə 12 faiz artım deməkdir. Ölkədaxili nağdsız əməliyyatların həcmi isə 2,3 dəfə artaraq 20 milyard manata çatıb