Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Nizami rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

ID:

23.08.2025 20:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC

Bakının Nizami rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunan tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka/banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.