Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Neftin qiyməti ucuzlaşıb

ID:

04.07.2020 10:10 / İQTİSADİYYAT

Foto Azertac

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar ucuzlaşaraq 42,80 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,33 dollar geriləyərək 40,32 dollar təşkil edib.