Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

ID:

12.09.2020 10:10 / İQTİSADİYYAT

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar geriləyərək 39,83 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar bahalaşaraq 37,33 dollar olub.