2022-ci ildə dövlət büdcəsindən 42 publik şəxsə 320 milyon manat ayrılıb ki, bu da ondan əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur.
×
2022-ci ildə dövlət büdcəsindən 42 publik şəxsə 320 milyon manat ayrılıb ki, bu da ondan əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, məşğulluq tədbirləri çərçivəsində sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması, yeni iş yerləri yaratmaqla işsizliyin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilib bu məqsədlə 2022-ci ilin dövlət büdcəsindən 233,5 milyon manat məbləğində vəsait sərf olunub. Bu, 2021-ci illə müqayisədə 92,2 milyon manat və ya 65,3 faiz çoxdur.
Bildirilib ki, ötən ilin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa gördükləri əlavə iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 26,6 min manat təşkil edib. Bu da 2021-ci illə müqayisədə 6,6 min manat və ya 33,0 faiz çoxdur.