Gələn il müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 17,5 faiz həcmində və yaxud 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 366 milyon manat və yaxud 6 faiz çox, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 525 milyon manat və yaxud 31,1 faiz çoxdur.
×

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.
Nazir qeyd edib ki, 2004-cü ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, Azərbaycan Respublikasının 2030-cu ilədək sosial iqtisadi inkişafına dair milli prioritetlərinə söykənən “2022-2026-cı illərdə Sosial İqtisadi İnkişaf Strategiyası”nın məqsədlərinin reallaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Bu vacib prioritetlərə uyğun olaraq növbəti ildə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə 2024-cü ilin dövlət büdcəsi xərclərinin 10,9 faizinə bərabər və yaxud 4 milyard manat məbləğində vəsait ayrılacaq.