Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası yenidən təşkil ediləcək

ID:

30.03.2023 11:45 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenidən təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 30-da keçirilən iclasının gündəliyinə daxil edilmiş birinci oxunuşda “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.