Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Natiq Həsənov: Bu gün ölkədə kiçik və orta biznesin yaratdığı əlavə dəyərdə tikinti sektoru üçüncü yeri tutur

ID:

07.07.2023 12:45 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Mehriban Kərimova

Bu gün ölkədə kiçik və orta biznesin yaratdığı əlavə dəyərdə tikinti sektoru üçüncü yeri tutur.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Natiq Həsənov Bakıda keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, təmizlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib.