Avropa İttifaqının və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə həyata keçirilən “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi koronavirus pandemiyasının qızğın vaxtında irəli sürülüb.
×
Avropa İttifaqının və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə həyata keçirilən “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi koronavirus pandemiyasının qızğın vaxtında irəli sürülüb. Layihə ölkə ərazisində peyvəndlərin saxlanılması və çatdırılması üçün zəruri olan avadanlığın gücləndirilməsi məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində soyuq zəncir sistemi avadanlıqlarının yerli səhiyyə tərəfdaşlarına təhvil-təslim mərasimində səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
Nazir müavini bildirib ki, artıq dünya COVID-19 pandemiyasından çıxmaq ərəfəsindədir. “Lakin bu layihə uzun illər vaksinasiya prosesinə kömək edəcək. Səhiyyə Nazirliyinin adından layihəyə görə Ümumdünya Səhiyyə Təşkilatına Avropa İttifaqına təşəkkür edirəm”,- deyə Nadir Zeynalov bildirib