Cari ildə Mediasiya Şurasına 32 mindən çox müraciət daxil olub. Barışıq sazişlərinin sayı xeyli artıb və bu sahə üzrə 39-40 faiz artım var.
×
Cari ildə Mediasiya Şurasına 32 mindən çox müraciət daxil olub. Barışıq sazişlərinin sayı xeyli artıb və bu sahə üzrə 39-40 faiz artım var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov mediasiya islahatları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar iyulun 27-də Ombudsman Aparatında keçirilən tədbirdə deyib.
“Mediasiya haqqında” Qanuna dəyişiklikərlə bağlı danışan N.Adilov bildirib ki, verilən təkliflər dəyərləndirilir.
Nizam-intizam qaydalarının diqqətdə saxlanıldığını qeyd edən Nadir Adilov diqqətə çatdırıb ki, qaydaları pozan130 mediator vəzifəsindən kənarlaşdırılıb və 70 nəfər barəsində tədbir görülüb.