Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Mülki Aviasiya Muzeyində 2 İyun - Mülki aviasiya işçilərinin peşə bayramı günü qeyd edilib

ID:

31.05.2024 14:10 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Tofiq Babayev

Mayın 31-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyində 2 İyun - Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə Xəzər rayonu 262 saylı tam orta məktəbin rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət “Aviasiya uşaqların gözü ilə” adlı sərgi keçirilib.