Dekabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin 30 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib.
×

AZƏRTAC xəbər verir ki, proqramda Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.
Proqramın bədii rəhbəri və baş hərbi dirijoru Azərbaycanın Xalq artisti, professor, general-mayor Yusif Axundzadə, orkestr rəisi isə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, dosent, polkovnik Rüfət Axundzadə olub.
Orkestrin hərbi dirijoru baş leytenant Elnur Qurbanov, solistlər isə Azərbaycan Respublikasının Əməkdar artisti Xəyyam Mustafazadə (vokal), Aynur İsgəndərli (vokal), Kənan Qədimov (vokal), Elman Mustafayev (pan fleyta), Namiq Qurbanov (zurna), Anar Hüseynov (nağara, davul) və Züleyxa Usubova (piano) olub.