Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Miqren və digər baş ağrıları milli səhiyyə prioritetləri sırasında öz yerini almaqdadır

ID:

20.12.2025 12:45 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Dekabrın 20-də “Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin 1-ci illik Beynəlxalq Konfransı” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev baş ağrılarının idarə olunmasının tarixi tibbin inkişaf yolunu tam əks etdirdiyini diqqətə çatdırıb: "Min illər əvvəl baş ağrısı tibbi hal kimi deyil, mistik bir hadisə kimi hesab edilirdisə, bu gün klinik nevroloji problem kimi deyil, əhəmiyyətli ictimai səhiyyə məsələsi kimi qiymətləndirilməlidir.