Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidməti Aparatında tədbir keçirilib

ID:

20.07.2023 13:45 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

22 İyul - Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidməti (DSX) Aparatında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Milli Mətbuat Günü münasibətilə təbriki çatdırılıb, DSX-nin struktur qurumlarının xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması üzrə həyata keçirilən fəaliyyətlər barədə ictimaiyyətin operativ məlumatlandırılması, gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, sərhədçi peşəsinin təbliği sahəsində kütləvi informasiya vasitələri ilə əməkdaşlığın xüsusi rolu vurğulanıb.