Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

ID:

18.01.2024 17:25 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Yanvarın 18-də Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov iclasın gündəliyinə iki məsələnin – 2023-cü ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatın və komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini diqqətə çatdırıb.