Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılan məsələ plenar iclasa tövsiyə olunub

ID:

25.04.2025 18:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Aprelin 25-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov iclasda bir məsələnin - Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəyə çıxarıldığını bildirib.