Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilən qanun layihəsi plenar iclasa tövsiyə olunub

ID:

27.05.2025 18:45 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Mayın 27-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda komitə sədri Əhliman Əmiraslanov gündəliyə Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.