Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin komitə iclasında müzakirə edilən üç məsələ plenar iclasa tövsiyə olunub

ID:

22.06.2023 18:20 / İQTİSADİYYAT

Foto : AZƏRTAC /Aydın Məmmədov

İyunun 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ - “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” və “Dövlət satınalmaları haqqında” yeni qanun layihələri, habelə Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.