Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin komitə iclasında “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər müzakirə edilib

ID:

14.03.2024 17:20 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Martın 14-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov iclası açaraq gündəliyə “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.