Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iki qanun layihəsi müzakirə olunub

ID:

30.04.2021 12:20 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Aprelin 30-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitənin sədri Tahir Mirkişili Azərbaycan Prezidenti İlham Əliyevin Altıncı çağırış Milli Məclisin ilk iclasında söylədiyi proqram xarakterli nitqində parlamentə verdiyi tövsiyələrin Azərbaycan parlamentinin ötən dövrdəki fəaliyyətində rəhbər tutulduğunu bildirib.