Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib

ID:

21.01.2026 18:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC /Aydın Məmmədov

Yanvarın 21-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda 2025-ci ilin payız sessiyası dövründə komitənin gördüyü işlər barədə hesabat dinlənilib, 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi barədə məlumat verilib, cari məsələlərin müzakirəsi aparılıb.