Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

ID:

24.01.2025 16:05 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Yanvarın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Şahin İsmayılov bugünkü iclasın gündəliyinə iki məsələnin - komitənin 2024-cü ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini deyib.