Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin Əmək və sosial siyasət komitəsində beş məsələyə baxılıb

ID:

12.09.2023 17:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Sentyabrın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, gündəliyin təsdiqindən sonra komitə sədri Musa Quliyev Milli Məclisin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edib.