Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında üç məsələ müzakirə olunub

ID:

22.01.2026 19:10 / CƏMİYYƏT

Foto : AZƏRTAC /Aydın Məmmədov

Yanvarın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Tahir Rzayev iclasın gündəliyinə 3 məsələnin - 2025-ci ilin payız sessiyası dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabatının, komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsinin, Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil edildiyini deyib.