Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib

ID:

15.01.2021 14:50 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Mədəniyyət Nazirliyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası azad olunan rayonlarımızda işğaldan əvvəl fəaliyyət göstərmiş 900-dən artıq kitabxananın erməni vandalları tərəfindən tamamilə dağıdılaraq məhv edilmiş kitab fondlarının yenidən bərpası məqsədilə ziyalılardan, ayrı-ayrı təşkilatlardan, nəşriyyatlardan və bütün vətəndaşlardan kitab toplanması kampaniyasına başlayıb.