Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb

ID:

22.01.2021 15:55 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Yanvarın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Nizami Gəncəvi İli”nin açılışı münasibətilə “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” mövzusunda kitab sərgisinin açılış mərasimi və “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı qədim əlyazmaları kitab kataloqunun təqdimatı keçirilib.