×
Media Tәhlil Mәrkәzinin (MTM), Heydər Əliyev Mərkəzinin, Medianın İnkişafı Agentliyinin, ADA Universitetinin dəstəyi və "MAS" MMC-nin texniki köməkliyi ilə dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün növbəti dəfə təlim təşkil edilib.
AZƏRTAC xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd mətbuat xidmətləri rəhbərlərinin işini daha da təkmilləşdirmək, onların fəaliyyətini müasir kommunikasiya sistemlərinə uyğunlaşdırmaq və şəffaflığı təmin etməkdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları iş və kommunikasiya şöbəsinin əməkdaşı Cəmalə Əliyeva qeyd edib ki, təlimin məqsədi ölkədə həyata keçirilən media və kommunikasiya islahatlarına töhfə vermək, kommunikasiya sahəsinin hazırkı dinamik mühitdə inkişafını təşviq etmək, kommunikasiyaya məsul şəxslərin bilik və bacarıqlarını daha da təkmilləşdirməkdir.
Sonra çıxış edən Media Təhlil Mərkəzinin baş mütəxəssisi Yunis Orucov deyib: "Bu təlimi keçirməkdə əsas məqsədimiz mətbuat xidmətlərii rəhbərlərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsidir".
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, dövlət qurumlarının mətbuat xidmətləri üçün təlimin təşkilində əsas məqsəd ictimaiyyətlə əlaqələrə məsul şəxslərin peşə bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, kommunikasiya sahəsində ən son tendensiyaların və qabaqcıl təcrübələrin öyrənilməsidir.
Əhməd İsmayılov vurğulayıb ki, təlim qurum və təşkilatların kommunikasiya siyasətinin təhlili və tədqiqi, uğurlu modellərin araşdırılması, faydalı metodik mexanizmlərin və texnikaların müəyyən edilməsi, PR menecerlərin fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İcraçı direktor diqqətə çatdırıb ki, strateji planlaşdırma mətbuat xidmətlərinin rəhbərləri üçün çox vacibdir. Rəqəmsal mediada məlumatların toplanması, öyrənilməsi hazırkı dövrdə əhəmiyyətli məsələdir. Bu səbəbdən də mediada davamlı inkişafa nail olmaq üçün yenilikləri öyrənmək lazımdır.
Media Tәhlil Mәrkәzi yerli media nümayәndәlәrinin, xüsusilә dә mәtbuat xidmәtlәrinin rәhbәrlәrinin peşәkar bacarıqlarının tәkmillәşdirilmәsinin vә inkişafının vacibliyini, bu sahәdә effektivliyin artırılmasının zәruriliyini nәzәrә alaraq beynәlxalq tәşkilatlarla sıx әmәkdaşlıq edir. Bu әmәkdaşlıq çәrçivәsindә artıq ikinci dəfə baş tutacaq təlimi London şәhәr Universitetinin jurnalistika üzrә professoru, “The Media Society” təşkilatının vitse-prezidenti, İcmalar Palatasında media məsləhətçisi kimi çalışan Barni Cons və qlobal kampaniyaların, mürәkkәb mәsәlәlәrin idarә edilmәsi sahәsindә tәcrübәli kommunikasiya vә marketinq üzrә mütәxәssis Tobi Orr aparacaqlar.
Müxtәlif sessiyaları әhatә edәcәk üçgünlük təlim mayın 3-5-də ADA Universitetində keçiriləcək.
İştirakçılar müsahibәlәr yolu ilә fәrqli vә peşəkar müzakirәlәrә qoşulacaq, sosial media tәşәbbüslәrinin inkişaf etdirilmәsi ilә bağlı praktiki sessiyalarda iştirak edәcәklәr.
Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.