Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Mərkəzi Bankda Zəfər Günü ilə əlaqədar tədavülə buraxılan xatirə pul nişanları təqdim olunub

ID:

04.11.2021 17:55 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Zəfərinin ildönümü münasibətilə tədavülə buraxılan xatirə pul nişanlarının Mərkəzi Bankda təqdimat mərasimi keçirilib.